Gənclərə inam və etibar güclüdür

İyul ayının 16-da İsmayıllı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Tədbir öncəsi Azərbaycan Konstitusiyasının yaradıcısı və suverenliyinin ideya təminatçısı ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub.  Abidə önünə tər güllər düzülüb.

“Orman” ailəvi istirahət mərkəzində, təbiət qoynunda keçirilən tədbirdə mövzu ətrafında maraqlı çıxışlar edilib. Çıxışlarda gənclərə olan güclü  inam və etibardan söz açılıb, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir