Təbrik edirik

23 iyun  Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür. Aldığımız məlumata görə Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Dövlət qulluğunda səmərəli fəaliyyəti nəzərə alınaraq həmyerlilərimiz –   İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Salman oğlu Həşimov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Valeh oğlu Salehov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Şirvan-Salyan Regional İdarəsinin rəisi Anar Akif oğlu Xıdırov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Həmyerlilərimizi təbrik edir, qarşıdakı fəaliyyətlərində uğurlar arzulayırıq!

İsmayıllı xəbərləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir