Cəmiyyətin ən dəyərli üzvləri

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün bizə uşaqların cəmiyyətin ən dəyərli üzvləri olduğunu bir daha xatırladır. Sizin sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyümənizi təmin etmək hər birimizin əsas vəzifəsidir.

Uşaqlar bizim gələcəyimizdir. Onların təhsilli, xoşbəxt və vətənpərvər ruhda yetişməsi üçün daim dəstək göstərməli, hüquqlarını qorumağa, arzularını reallaşdırmağa çalışmalıyıq.

Bu münasibətlə gələcəyimizin parlaq ümidlərinə – bütün balaca fidanlara sevinc dolu bir uşaqlıq və işıqlı gələcək arzu edirəm – deyə  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov gələcəyimiz olan uşaqları təbrik edib.

 

 

 

Şərh Yaz