17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi ilə birgə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə gül dəstələri qoyduq.

Tibb işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıram.

 

 

Şərh Yaz