Başçı məzunları təbrik edib  

 

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov məzunlara təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Məktəb illəri – ömrümüzün unudulmaz, ən saf və yadda qalan dövrlərindən biridir. Bizi təkcə elmə deyil, həyata, dostluğa, insana və Vətənə sevgi ilə yanaşmağa da məktəb öyrədir.

Bu gün 11 illik təhsilini başa vuran gənclərimiz yeni bir mərhələyə qədəm qoyur. Onların qazandığı bilik və dəyərlər gələcək həyat yollarında onlara yol göstərəcək, seçimlərini işıqlandıracaq.

Əziz məzunlar, sizi bu əlamətdar gün münasibətilə təbrik edir, arzularınızın gerçəyə çevrildiyi, uğurlarla dolu bir həyat diləyirəm. Yolunuz açıq, gələcəyiniz parlaq olsun!”

 

SİLAHLI QÜVVƏLƏRİMİZƏ EŞQ OLSUN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir