28 MAY – MÜSTƏQİLLİK GÜNÜNÜZ NÜBARƏK!

 

Ümumrayon tədbiri yüksək səviyyədə keçib

 

İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, şəhid ailələri, ictimaiyyət fəalları təhsil ocaqlarının müəllim, tələbə və şagird heyəti iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə İsmayıllı Rayon İcra Hakimiyyəti adından əklil,  fərdi ziyarətçilər tərəfindən gül dəstələri qoyulub.

Heydər Əliyev Mərkəzində davam edən tədbir çərçivəsində Ulu öndərə həsr olunmuş sərgiyə baxış keçirilib, onun həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Tədbir iştirakçıları  həmçinin yerli müğənnilərin ifasında Ümummilli liderin sevdiyi mahnıları dinləyiblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Şərh Yaz