Misilsiz xidmətlərdən söz açılıb    

 

Basqal qəsəbə tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, ətraf kəndlərdən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.

Tədbirdə Ümummilli liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndərdən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları səsləndirilən məruzə ətrafında çıxışlar ediblər. Çıxışlarda Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açılıb.

İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı tədbiri xoş ovqatla başa çatdırıb.

Şərh Yaz