Gənc nəslə aşılanan ömür yolu
İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Konstitusiya əsaslı dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Topçu, Qurbanəfəndi, Xanagah, Buynuz kəndlərindən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.
Əvvəlcə Ümummilli liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbayca Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və mövqeyinin, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin gənc nəslə aşılanması istiqamətində bu cür tədbirlərin təşkilini müsbət qiymətləndirib, dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini qeyd ediblər.
Çıxışlarda Heydər Əliyev irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığı vurğulanıb. Azərbaycan gəncliyinin ölkə həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyi qeyd olunub..


