Ömür yolu xidmət yolu ilə birləşən dəyərli insan
Bu gün bizim üçün həm sevincli, həm də kövrək bir gündür. Sevinclidir, çünki ömrünün 50 ilini şərəflə dövlət qulluğuna həsr etmiş, öz təmkinli duruşu, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə hər kəsin dərin hörmətini qazanmış Sevil xanımla işləmək şansımız olub. Kövrəlmişik, çünki bu gün Sevil xanım uzun illər çalışdığı kollektivdən ayrılır.
Sevil xanım dövlət və dövlətçiliyə sədaqətli, işinə məsuliyyətlə yanaşan, əməksevərliyi və sadəliyi ilə hamıya nümunə olan bir ziyalıdır. O işlədiyi dövrdə gənc kadrlar üçün bir məktəb olub. Onun tutduğu vəzifədə daim ədalətli mövqedə dayanması və kollektivə verdiyi mənəvi dəstək hər zaman xatırlanacaq.
Ad gününüz mübarək olsun, Sevil xanım! Arzu edirik ki, qarşıdan gələn illər Sizə sağlamlıq və sevdiklərinizlə xoş günlər gətirsin. Sizə təşəkkürümüz sonsuzdur.