İcra başçısı bələdiyyə üzvləri ilə görüşüb

   

 

1 aprel 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı bələdiyyəsində olub.

RİH başçısı, əlaqədar məsul şəxslər və bələdiyyə üzvlərinin iştirakı ilə baş tutan görüşdə bələdiyyələr qarşısında duran vəzifələr, görülməsi zəruri olan işlər müzakirə olunub.

N.Bağırov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması barədə bələdiyyə məsullarına tövsiyələrini verib. Qarşıda duran vəzifələrin icrasına məsuliyyətlə yanaşılmasının vacibliyini vurğulayıb.

Bələdiyyənin sədri Qüdrət Kazımov kollektivin üzərinə düşən vəzifələrin layiqincə icra olunacağına ciddi səy göstəriləcəyini bildirib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Ülkər Əsədova,

bələdiyyənin əməkdaşı

 

Şərh Yaz