İxtisas üzrə təcrübə keçirlər

                             

 

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci arasında imzalanan müqaviləyə əsasən tibb bacısı (qardaşı) işi ixtisasının sonuncu kurs tələbələri xəstəxanada seçdikləri peşə üzrə təcrübə keçməyə başlayıblar.

Baş həkim Nərgiz Rəhimova tələbələri və onlara rəhbərlik edən müəllim heyətini qəbul edib. Görüş zamanı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Fənn Birləşmə Komissiyasının sədri Elşən Həsənov, fənn müəllimi İlyas Bağırov baş həkim Nərgiz Rəhimova kollecdə tədris olunan tibb ixtisası üzrə dərslər və tələbələrin tibbi bilikləri haqqında məlumat verib. Baş həkim tələbələrlə tanış olduqdan sonra onlara xəstəxananın daxili nizam-intizam qaydaları, şöbələr və hər şöbənin ayrı-ayrılıqda iş fəaliyyəti haqqında məlumat verərək, xəstəxanada tibb bacısı ixtisası üzrə təcrübə keçməyin məsuliyyətini və qaydalarını onlara izah edib. Tələbələrə lazımi tövsiyyə və tapşırıqlar verilib.

Baş həkim Nərgiz Rəhimova tələbələri maraqlandıran suallara cavab verməklə bərabər onlara uğurlar arzulayıb.

E.Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir