Hər kəsin fəxr etməyə haqqı var
Çernobıl qəzasından 38 il ötür. Qəzanın aradan qaldırılmasında yüzlərlə soydaşımız iştirak edərək əlillik qazanıb. Dövlətimiz ötən müddət ərzində həmişə bu şəxslərin yanında olmuş, onların sağlamlığı və həyatı üçün zəruri olan addımlar atmışdır. Zərərçəkənlərin 42 nəfəri İsmayıllıdandır.
Cənab Prezident!
İsmayıllıdan olan Çernobıl əlili – Lətifov İsmi Gülməmməd oğlu görmə qabiliyyətini tam itirsə də, dövlətə və Sizə olan inam və ümidini bir zərrə belə itirməyib. Hər bir ölkə vətəndaşına, şəhid ailələrinə, qazilərə, əlillərə, bir sözlə, ehtiyacı olanlara göstərdiyiniz diqqət və qayğı üçün o, eləcə də İsmayıllıdakı Çernobıl əlilləri qəlbən Sizə minnətdardır.
Ulu Tanrı Sizi – ailənizi qorusun, cənab Prezident!
Sizinlə Azərbaycanı sevən hər kəsin fəxr etməyə haqqı var. Başladığınız hər bir işin uğurla, qələbə ilə bitməsi arzusundayıq.
Dərin hörmətlə: Məleykə Lətifova,
birinci qrup əlil İsmi Lətifovun həyat yoldaşı, Çernobıl Əlilləri İttifaqı İsmayıllı rayon bölməsinin sədri