Problemlərin həllinə açılan qapı
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə sakinlər qəbul edilib. Qəbula gələnlərin fərdi qaydada müraciətləri dinlənilib.
RİH-nin başçısı Nahid Bağırov keçirilən görüş-qəbulda dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə saxlanılması baxımından qəbula gələnlərin yaşayış tərzi, ehtiyac və problemləri ilə dərindən maraqlanıb. Qarşılıqlı, səmimi söhbətdən sonra narahatlıq doğuran məsələlərin həlli üçün başçı ən qısa vaxtda tədbirlər görüləcəyini diqqətə çatdırıb. Aidiyyəti müəssisə məsullarına və şəxslərə vətəndaşların qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirib. Başçı həmçinin qeyd edib ki, müntəzəm keçirilən görüş-qəbullar mövcud problemlərin həllinə açılan qapıdır.
“İsmayıllı xəbərləri”