Məktəbin keyfiyyət göstəriciləri dinamik inkişafdadır

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun fəaliyyət planına uyğun olaraq Göytəpə kənd ümumi orta məktəbində ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə məktəb rəhbərliyinin hesabatı dinlənilib.

Hesabat iclası Dövlət himninin səslənməsi və vətənimiz uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Adıgözəl Abdullayev son üç ildə məktəbin fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib. Məktəbin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlili aparılıb. Qeyd olunan dövr ərzində məktəbin keyfiyyət göstəricilərində dinamik inkişafın olduğu vurğulanıb, qarşıda duran vəzifələr və problemlər qeyd edilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi çıxış edərək məktəbin fəaliyyəti haqqında məlumat verib.

Sonda direktorlar çıxış edərək hesabatla bağlı təklif və iradlarını bildiriblər.

Bu cür hesabat yığıncaqlarının digər məktəblərdə də keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, keçirilən hesabat yığıncaqları ictimaiyyətə açıqdır və iştirak etmək istəyənlər təhsil sektoruna müraciət edə bilərlər.

M.Səftərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir