Növbəti hesabat dinlənilib
9 aprel 2025-ci il tarixdə İsmayıllı rayon E.Bayramov adına Talıstan kənd tam orta məktəbində rayonun ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə məktəbin direktoru Pünhan Rüstəmovun hesabatı dinlənilib.
Hesabat yığıncağı Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı hesabatını təqdim edib.
Hesabatda ən çox diqqət çəkən məsələ son üç il üzrə IX sinif buraxılış imtahanlarında riyaziyyat fənninin göstəricilərinin aşağı olması olub.
Nəticələrin yüksəldilməsi istiqamətində görülən işlər barədə direktor Pünhan Rüstəmov məlumat verdi.
Çıxış edən ATİAHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, təhsil sektorunun baş məsləhətçisi Rahim Baxışov və məktəb direktorları hesabat haqqında öz fikir və mülahizələrini qeyd edib. Təklif və iradlar da iştirakçıların diqqətinə çatdırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
G.Qurbanova

