Bazar təkcə alış-veriş yeri deyil

 

 

Bazar təkcə alış-veriş yeri deyil, o, bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir. Bazar min illər boyu inkişaf yolu keçmiş və bəsit bir formadan müasir səviyyəyə qədər yüksəlmişdir. Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin, əmtəə təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvü şəkildə bağlıdır. Ümumiyyətlə, əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz və əksinə.

Bazar anlayışının məzmununda onun funksiyaları daha mühüm yer tutur. Bu funksiyalara hər şeydən əvvəl istehsal ilə istehlak, tələblə təklif, alıcı ilə satıcı arasında uzlaşma, öz daxili tənzimləmə və müvazinəti saxlama daxildir.

Bazar bəşər cəmiyyətinin təbii tarixi inkişafının törəməsi kimi xalqların çoxəsirlik, birgə ənənələrinin milli, mədəni, dini, psixoloji xüsusiyyətlərini də özündə ifadə etmək iqtidarında olan kateqoriyadır.

Bütün bunlarla bərabər bazar həm də olduğu ərazinin, bölgənin güzgüsüdür desək, bir o qədər də yanılmarıq. İstənilən bölgənin bazarını nəzərdən keçirməklə, həm bazarla əlaqəli insanların yaşayış tərzi, həm də ümumilikdə, həmin məkanın sosial-ictimai, iqtisadi vəziyyətini müəyyənləşdirmək mümkündür. Odur ki, bazarların diqqətdə saxlanılması həmişə maraqlı və vacib məqamlardan biri olmuşdur.

Yuxarıda söylənilənləri reallıqda görmək və düzgün istiqamət əldə etmək məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhər bazarında olmuş, istehsal ilə istehlak, tələblə təklif, alıcı ilə satıcı arasında uzlaşma imkanlarını izləmiş, yerli məhsullarla, bazar şəraiti ilə maraqlanmışdır.

Başçı bazardakı insanlarla səmimi söhbət əsnasında onların arzu və təkliflərini dinləyib, istəkləri ilə bağlı müzakirələr aparıb.

Rayon rəhbəri bazarda və bazarətrafı ərazidə sanitariya vəziyyətinə ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb. Bu və digər məsələlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Ş.Soltanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir