“Konstitutsiya və Suverenlik İli”çərçivəsində tədbir keçirilib

       

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının “Təhsil” ƏPT üzrə “Konstitutsiya və Suverenlik İli” çərçivəsində “Yeni dövrün Azərbaycanı” adlı hesabat xarakterli tədbir keçirilib.

Tədbirdə görülmüş işlər, əldə edilmiş nəticələr müzakirə edilib.

Hesabat tədbirində A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşov məruzə ilə çıxış edib, görülmüş işlərin və əldə edilmiş nəticələrin slaydlarla təqdimatını həyata keçirib. Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak edib.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir