Strateji əhəmiyyətli ixtisas   

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb və təbiət elmləri, qida məhsulları fənn birləşmələrinin təşkilatçılığıyla Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir öncəsi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova tariximizin bu qanlı-qadalı səhifələri, Zəfərlə bitən  döyüşlər haqqında ətraflı məlumat verib.

Tibb fənn müəllimi tibb xidməti polkovniki Mətin Ağayev tibb xidmətinin döyüşlərdəki rolundan, tibb bacısı işinin vacibliyindən danışıb.

Tibb və təbiət elmləri FBK sədri Elşən Həsənov tələbələrə peşələrini daha gözəl öyrənmələrini və bu şərəfli yolda strateji əhəmiyyətli ixtisası təkmilləşdirmələrini tövsiyə edib.

Tələbələrə “Gözəgörünməz qəhrəmanlar – Ağxalatlılar” sənədli filmi nümayiş olunub. Şəhidlərin ruhuna dualar səsləndirilib.

Sonda xatirə şəkili çəkilib.

K.Boyaqçızadə

 

Şərh Yaz