Xalqımızın başına gələn faciələri unutmamalıyıq   

17 yanvar 2025-ci il tarixində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar-Hüzn Günü ilə əlaqədar “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş edilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, həmin şöbənin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov mövzu ətrafında çıxışlar ediblər.

Tədbirin əsas məqsədi xalqımızın başına gələn faciələri unutmamaq və unutdurmamaq olub.

 

 

 

Şərh Yaz