Şahidlərin çıxışı maraqla dinlənilib
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar, İsmayıllı Su Meliorasia Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Alızadə 17 yanvar 2025-ci il tarixində idarə əməkdaşlarının iştirakı ilə tədbir keçirib. Tədbirdə həmin günün tarixi ilə bağlı məlumatlar xatırlanaraq diqqətə çatdırılıb.
Xüsusi ilə o müdhiş tarixi yaşamış əməkdaşların məlumatlarına hər kəs diqqətlə qulaq asıb.
Tədbir başa çatdıqdan sonra idarənin əməkdaşları İsmayıllı rayonundakı Şəhidlər xiyabanını ziyarət ediblər.