Sağlam, xoşbəxt ömür arzulanıb
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında uzun illər səmərəli fəaliyyət göstərən həkim-nevropatoloq Səadət Paşayeva 75 yaşı tamam olması münasibətilə xəstəxananın direktoru Vidadi Rəhimov və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Fizuli Əhmədov tərəfindən Fəxri fərmanla təltif olunaraq, əmək müqaviləsinə xitam verilib.
V.Rəhimov Fəxri fərmanı əməkdaşa təqdim edib, ona xoş arzularını ona çatdırıb. Həmçinin baş həkim Nərgiz Rəhimova, Fizuli Əhmədov, Maya Məmmədova bundan sonrakı həyatında Səadət xanıma sağlam, xoşbəxt ömür arzulayıblar.