Qərənfildən xarı bülbülə gedən zəfər yolu   

 

17 yanvar 2025-ci il tarixində Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə azadlıq və suverenlik uğrunda mübarizə kimi yazılan “Qanlı 20 Yanvar” faciəsinin 35-ci ildönümü münasibətilə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Qərənfildən xarı bülbülə gedən zəfər yolu’’ adlı tədbir keçirilib.

Tədbirdə UADM-ın əməkdaşları, şəhid anaları, valideynlər və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak ediblər.

İştirakçılara UGİM-nin dərnək rəhbəri Könül Abdullayeva dərnək üzvləri ilə birlikdə hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.

A.Soltanova

 

Şərh Yaz