Faciələrdən qaçaq, sağlam qalaq
Yanvar ayının 14-də İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon Polis Şöbəsi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru ilə təşkilatlı sayəsində “Sağlam həyat tərzi və şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə YYÇPİTQ-nin baş inspektoru, polis mayoru Rahim Orucov, İsmayıllı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Mayıl Səftərov və məktəbin bir qrup şagirdi iştirak edib.
Tədbirin sonunda iştirakçılara zərərli vərdişlərin səbəb olduğu faciəni əks etdirən film nümayiş etdirilib.