Qəbələ yazarları qonağımızdır 

 

Yeni ilin ilk günlərində qəzetimizin redaksiyasına ünvanlanmış bir məktub aldıq, məzmunu ilə tanış olub  bir qrup Qəbələ yazarları və ziyalısının xahişini nəzərə almaq qərarına gəldik.

Qonşu rayonun yazarları İsmayıllıda çıxan  “İsmayıllı xəbərləri” qəzetinin ardıcıl sayları ilə tanış olub, çoxsaylı, hərtərəfli məlumatları maraqla oxuduqlarını qeyd etməklə, qəzetin  redaksiya heyətinə səmimi təşəkkürlərini ifadə ediblər.

Onlar həmçinin qəzetin bir sayında yazarlarına yer ayırmaqla  redaksiyamızın   qonağı olmaq istədiklərini dilə gətirib, əvvəlcədən minnətdarlıqlarını bildiriblər.

Məktub bir qrup Qəbələ rayon yazarlarından olduğu üçün biz də:  Xoş gəlmisiniz! – deyib, qələm dostlarımızın arzusunu gerçəkləşdiririk.

 

 

 

Şərh Yaz