Ürək sözlərimi söylədim zərif
Şərif Tahirlinin son şeiri
Bizim rayonda da çoxlu alim var,
İstedadı ilə tanınmış onlar.
Bütün sahələrdən söhbət açmışlar.
Onların çoxu ilə tanış olaq biz.
Onlar hər addımda buraxmışlar iz,
Faiq İbrahimov onlardan biri,
Yaratmaq eşqi ilə tutmuş şən yeri,
Ondan qidalanmış çox-çox insanlar.
Süleyman Mehdiyev qalmamış geri.
Həyatda tutmuşdur şərəfli yeri,
Əziz Yusif adlı bir sənətkar var,
Xalqın rəğbəti ilə həmişə yaşar.
Yüz-yüz insanları razı salmışdır.
Neçə təşəkkürlər xalqdan almışdır.
Fərman Əzizlidən söz salsaq əgər,
Hamı fərəhlənər, hamı şənlənər.
Bu adam çox şeylər maraqlanmışdır.
Elm dəryasında qanadlı quşdur.
Yazıb yaratsınlar həmişə onlar,
Ürək sözlərimi söylədim zərif,
Yazdı bu şeiri Tahirli Şərif.
Şərif Tahirli