Qocaldım
İllər keçdi, zaman verdi hökmünü,
Mən bilmirəm, niyə belə qocaldım?
Əyilməzdim, əydi qüssə, qəm məni.
Qar ələndi, qara telə qocaldım.
Yavaş-yavaş nur azaldı gözümdən,
Taqət getdi qollarımdan, dizimdən.
Gileyliyəm indi özüm-özümdən,
Bu dünyada gülə-gülə qocaldım.
Uzaqlara yolum düşmür haçandı.
Bir söz desəm sözüm keçmir haçandı.
Gənclik getdi yəqin məndən utandı,
Zərrə-zərrə gülə-gülə qocaldım.
Qəzetlərdə bir şeirim görünmür,
Məclislərdə, başda yerim görünmür.
Bir vaxt üzə gülənlərim görünmür.
Yaxşı-pisi bilə-bilə qocaldım.
Mən Şakirəm sözü belə qurtarım.
Nə yaxşı ki, evimizdə var yarım!
Cavanlığı necə geri qaytarım?
Gənclik birdə düşməz ələ, qocaldım.
Yanıb-yanıb, döndüm külə qocaldım.
Şakir Xəyal