Mən 70-ə yetmişəm  

 

Müəllim ömrü sürmüşəm,

Bir qarnı ac, bir qarnı tox,

Adam var gülüb, arxamca atıbdır ox.

Çoxunun da qəlbində yerim var, doğmadan çox.

Pislik edənlərə də, mən yaxşılıq etmişəm.

Ağ-qara günlər görüb, yetmiş yaşa yetmişəm.

 

Çox aclıqlar çəkmişəm, amma tox olub gözüm,

Elə sevinc vermişəm, qəmli olsam da özüm.

Bəsimdir qalsa məndən bir neçə kitab sözüm

Dost-qardaşa mən seldən-sudan keçib getmişəm.

Çətin yolla, cığırla mən yetmişə yetmişəm!

 

Müəlliməm öyrənməyi özümə etdim peşə,

Öyrənməyi hamıya lazım bildim həmişə,

Şagirdlərim var alim, güc verir elmə, işə.

Öyrənmək üçün dünyanın o başına getmişəm,

Yarım əsr dərs deyib mən yetmişə yetmişəm.

Fərman Əzizli

 

Şərh Yaz