Hamıya doğma…  

Fərman Əzizliyə

 

Həssasdır – gözləri sanki tərəzi,

Yaxşılıq eyləmək olur qərəzi,

İnşallah, açacaq doxsanı, yüzü,

Hamıya doğma tək o yandırır can,

Düz fərmanlar verən Əzizli Fərman.

 

Yazır, Ziyalıda gedir yazısı,

Vəsf edir oğlanı, vəsf edir qızı,

Mahir jurnalistdir o, sözün düzü.

Qazanıb ellərdə o böyük ad san,

Ziyalı müxbiri jurnalist Fərman.

 

Var çinar qaməti, isti nəfəsi,

Amiranə sözü, natiq tək səsi,

Çox valeh eyləyir dinləyən kəsi.

Qoyubdur həyatda ziyalı tək can,

Düz fərmanlar verən Əzizli Fərman.

 

Səbirlə gözləyir hər işin sonun,

Dəyişməz bir sözün, dəyişməz donun

Özü tək sözü də bütövdür onun,

Qoyubdur müəllim tək yetmiş beş il can,

Düz fərmanlar verən direktor Fərman!

                                      Əhməd Məmmədli

Şərh Yaz