Ana laylası     

Ana laylasında nur var, həyat var,

Ondadır dünyanın sevinci, qəmi.

Ana laylasında bir kainat var,

Bütün nəğmələrin, bil odur cəmi.

 

Ana laylasıyla hər bir körpənin,

İçi rahatlanır, gözləri gülür.

Layla çalınanda baxın körpəyə,

Necə şirin-şirin o, mürgüləyir.

 

Ana nəvazişi, ana nəfəsi,

Laylası körpədən qoy əsirgəməsin.

Körpə inildəyib ağlayan zaman,

Onun gözlərini yadlar silməsin.

Əmirxan Burzuyev

 

 

Şərh Yaz