31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜDÜR

12 DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

Bu münasibətlə həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitab, rəsm sərgisinə, həmçinin “Sən elə bir zirvəsən!” adlı filmə baxılıb.

Rayonun ayrı-ayrı müəssisə, idarə və təşkilatlarının əməkdaşları, məktəblərin müəllim və şagird kollektivi, Ulu öndərin şəxsiyyətinə dərin hörmət bəsləyən ictimaiyyət nümayəndələri gün ərzində dəstə-dəstə abidəni ziyarət edərək, Azərbaycanımızın xilaskarı və qurucusunun ruhuna dualar səsləndiriblər.

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!

 

 

Şərh Yaz