Müasir şəhər mühiti yaradılacaqdır
Dekabr ayının 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İsmayıllı, Ağsu, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində qəbul edib.
Qəbuldan öncə rəsmi qonaq ümummilli lider Heydər Əliyevin abidəsini İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla bərabər ziyarət edib. Rəsmilər abidə önünə gül dəstəsi qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Başçı İsmayıllıya səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə məhsuldar görüş keçirib.
Səmimi və işgüzar söhbət zamanı İsmayıllı şəhərinin hazırlanmaqda olan yeni Baş Planının layihəsi müzakirə edilib, küçə-yol şəbəkəsinin yenilənməsi, müasir şəhər mühitinin və memarlıq simasının formalaşdırılması mərhələləri dəqiqləşdirilib.
YENİ İLİNİZ MÜBARƏK!