Keçirilməsinə xüsusi  önəm verilən bayram     

     

 

Hər il 16 dekabrın Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi bütün ölkədə keçirilməsinə xüsusi önəm verilir. Həmin gün İsmayıllıda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi işçiləri də peşə bayramlarını qeyd ediblər. Sahənin əməkdaşları Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət  edib, abidə önünə gül dəstələri düzüblər.  Ulu öndərin ruhuna göstərilən ehtiramdan sonra kollektiv xatirə şəkli çəkilib.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Fövqəladə Hallar Nazirliyinin rayonda çalışan heyətini peşə bayramları münasibəti ilə təbrik edib.

 

 

Şərh Yaz