İntellektual və sosial inkişafa töhfə
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tarix fənni üzrə bilik yarışı keçirilib.
Tədbirin əsas məqsədi gənclərin tarixə, elmə, maarifləndirici və intellektual yarışlara olan marağının artırılması və sağlam rəqabət mühitinin yaradılması olub.
Belə tədbirlər tələbələrin intellektual və sosial inkişafına töhfə verməklə yanaşı, kollecdə dostluq və həmrəylik mühitinin möhkəmləndirilməsində də mühüm rol oynayır.
Yarışın qaliblərinə xüsusi sertifikatlar təqdim olunub.
“İsmayıllı xəbərləri”