Təbrik edirik            

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin arıçılıq ixtisasının istehsalat təlimi ustası, İsmayıllı Arıçılar Birliyinin sədri, ölkəmizin peşəkar arıçılarından olan İslam Babakişi oğlu Fətullayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

B.Fətullayevi rayon ictimaiyyəti və oxucularımız adından təbrik edirik.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz