Dayanıqlı və fasiləsiz fəaliyyət təmin edilib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar rayonda qurumların qarşılıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 4 noyabr 2024-cü il tarixli 132 nömrəli sərəncamı ilə RİH başçısı yanında xüsusi qərargah yaradılıb.
Qərargahın 4 noyabr 2024-cü il tarixdə genişləndirilmiş iclası keçirilmiş, elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, tibb müəssisələrinin və digər qurumların əlaqələndirilmiş şəkildə dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsi, rayon ərazisində ekoloji vəziyyətin nəzarətdə saxlanılması, davamlı olaraq abadlıq-təmizlik işlərinin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin vətəndaşlar tərəfindən müraciətlərin asan formada edilməsi, daxil olmuş müraciətlərə operativ baxılması məqsədilə rayon icra hakimiyyətində “Qaynar xətt” (164) yaradılıb və fasiləsiz növbətçilik sistemi təşkil edilib.