Alimin oğlu ilə görüş    

Alim, kimya elmlər doktoru, akademik, Azərbaycanın Əməkdar elm xadimi Soltan Mehdiyevin oğlu Cəfər Mehdiyev İsmayıllı rayonunda olub. RİH başçısı Nahid Bağırov öz sosial şəbəkə səhifəsində bu barədə xəbər paylaşıb.

Başçı tanınmış qonaqla səmərəli görüşün baş tutduğunu bildirib. İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olan Əməkdar elm xadimi Soltan Mehdiyevin Azərbaycan elminə verdiyi töhfələr söhbət mövzusu olub. Başçı qonağın  Lahıcla bağlı xatirələrini dinləməyin onda  gözəl təəssüratlar yaratdığını qeyd edib.

Məlumat üçün qeyd edim ki, alim, kimya elmlər doktoru, akademik, Azərbaycanın Əməkdar elm xadimi Soltan Mehdiyev 1914-cü il dekabr ayının 2-də Lahıc qəsəbəsində anadan olub. S.Mehdiyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Kimya İnstitutunun Neft-kimyası şöbəsində laborant, Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun (AzETNEİ) aspirantı, kiçik elmi işçi, EA Kimya İnstitutunda baş elmi işçi, Azərbaycan SSR EA Neft İnstitutunun laboratoriya rəhbəri, Azərbaycan Neft və Kimya İnstitutunun Neft kimyası və texnologiyası kafedrasının dosenti vəzifələrində çalışmışdır.

 

Şərh Yaz