Müraciətlər dinlənilib, tapşırıqlar verilib
Vətəndaşlarla növbəti səyyar qəbul – görüşünü rayonun İstisu kəndində keçirilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində paylaşım edib.
Başçı paylaşımında bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Rayonun İstisu kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilməsi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildiyi qeyd olunub.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlərin görüldüyü, müvafiq tapşırıqlar verildiyi barədə açıqlama verib.