Tədbirlər görülür, tapşırıqlar verilir
Bu xəbər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sosial şəbəkə səhifəsindən götürülüb. Xəbərdə qeyd olunur ki, vətəndaşlarla növbəti səyyar qəbul-görüşümüzü rayonun Sulut kəndində keçirdik.
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
İsmayıllı rayonunun Sulut kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.