Xeyirxahlıq təcəssümü

 

“Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənclər, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq”.

İlham Əliyev,

Azərbaycan Respublikasın prezidenti, Bakı, /24.12.19/

 

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məmurlar mənim yerlərdə nümayəndələrim kimi həmişə xalqın yanında olmalıdırlar. Bu tapşırığın əyani təsdiqini görəndə xalq arasında dövlətimizə, hakimiyyətə inam və sevgi də artır. Bunun sübutu kimi həmkarımız – Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Səbuhi Bədəlovun sosial şəbəkə üzərindən İsmayıllı RİH başçısı Nahid Bağırova yazdığı minnətdarlıq hissi də ürəkaçandır:

“Sağ olun, əziz Nahid müəllim, Sizə çox minnətdarıq. Respublikada nümunəvi, xalqla olan, insanlarımızın həmişə yanında olub qayğı göstərən icra başçısı, mənəviyyatlı və mənəviyyata, mədəniyyətə böyük dəyər verən insan!…”

Bu, atasının təcili olaraq xəstəxanaya əməliyyata götürüldüyü zaman Bakıdan İsmayıllıya çatanadək icra başçısının artıq xəstə yanında olub, bütün qayğılarını qarşıladığını görən oğulun içdən gələn alqış nidalarıdır, – səmimi, mübaliğəsiz, təmtəraqsız!

Bu alqış İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial şəbəkədə qısa paylaşımına (bəli, Nahid Bağırov sosial şəbəkədə açıq imza ilə xalqla təmasdadır və məncə, bu, illərlə saytlarını yeniləməyən rəsmi qurumlara nümunə olmalıdır) cavab olaraq yazılıb.

“Bu gün ölkəmizin elm sahəsində öz sözünü demiş, filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadəni ziyarət edib, qayğıları ilə maraqlandıq.

Dəyərli ziyalımız Ağasən müəllimə Allahdan acil şəfa diləyirik”.

Bu statusa müxtəlif təbəqə nümayəndələrinin, şair və yazıçıların, elm adamının   yüzlərlə minnətdarlıq dolu alqışları ilə cavab verilib.

Həmin gün dəyərli həmkarımız, gözəl şairimiz, ləyaqətli insan Ağasən Bədəlzadənin qızı Validə  xanımın təşvişinə biz də şahid olduq, bir neçə ay əvvəl olduğu kimi yenə də iş yoldaşımızın ata-baba yurduna -İsmayıllının dağ kəndinə yollanmaq istədik. Bir maşına nə qədər adam sığa bilirsə, Validə xanımı sakitləşdirə-sakitləşdirə tədarük görüldü. Getmək imkanım olmadığımdan vəziyyəti mobil telefonumdan zənglərlə öyrənirdim. Bu zənglər zamanı əks tərəfdən eşitdiklərimi iş yoldaşlarımla paylaşırdım. Bunun ictimai-sosial əhəmiyyətini nəzərə alıb, insanlıq, dövlətçilik naminə sosiallaşmasını da vacib hesab edirəm.

AMEA Folklor İnstitutunun şöbə müdiri əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli: “Allah yaxşı adamları əksik eləməsin! Biz İsmayıllı xəstəxanasına çatanda İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ağasən müəllimin yanında idi. Bütün tədbirlərin görülməsini tapşırıb. Şükür, hər şey qaydasındadır”.

Folklor İnstitunun əməkdaşı Validə Bədəlova:

“Nahid müəllim bir neçə ay əvvəl atamı kəndimizdəki evində də ziyarət edib. Xəstəxanaya yerləşdirilməsini eşidən kimi baş çəkib, qayğısını əsirgəməyib! Allah köməyi olsun! Biz Nahid müəllimi ailəmizin bir üzvü sayırıq, sağ olsun!”

Bəli, İsmayıllı kimi qayğıları başından aşan bir rayonda bu cür rəhbərin olması sevindirici haldır. Ədəbiyyat və elm adamına, rayon ziyalısına diqqət və qayğının göstərilməsi, bu insanın möhtərəm prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının icrası, dövlət qarşısında məsuliyyəti ilə bərabər, həm də yüksək mənəvi aləminin göstəricisidir.

Sonda sosial şəbəkə üzərindən bir neçə statusu misal gətirməklə,  biz də ağsaqqal alim və şair Ağasən Bədəlzadəyə, ümumilikdə İsmayıllı ədəbi-bədii mühitinin zənginləşməsinə göstərdiyi diqqət və qayğıya görə icra başçısı dəyərli Nahid Bağırova qələm adamları və oxucular adından dərin minnətdarlığımızı bildiririk!

Mahir Cavadlı,

AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü  

 

 

 

 

Şərh Yaz