Eyni gündə doğum və anım günü 

İsmayıllı rayonunun Qalınçaq kəndində 1 oktyabr 2024-cü il tarixdə şəhid Nəcəfov Fuad Taleh oğlunun doğum günü və şəhid Qasımov Cahan Xəqani oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib.

Hər iki tədbirdə rayonun əlaqədar təşkilatlarının rəhbərləri, Qalınçaq kənd tam orta məktəbinin müəllim və şagird heyəti, kənd icra nümayəndəliyinin əməkdaşları, bələdiyyə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə vətənpərvərlik ruhu aşılayan kompozisiyalar nümayiş etdirilib, şəhidlərin ruhuna dualar oxunub, çıxış və təqdimatlar dinlənilib.

Sonda şəhidlərin məzarları ziyarət olunub, xatirələri hörmət və ehtiramla yad edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

 

 

Şərh Yaz