Problemlərin aradan qaldırılmasına operativ yanaşma vacibdir
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin qəbulu keçirilib. Keçirilən qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Həlli yerindəcə mümkün olan məsələlər vətəndaşların razılıq və təşəkkürünə səbəb olub.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi mövcud narahatlıqları yaşayanların diqqətinə çatdırılıb. Əksər problemlər üzrə aidiyyəti şəxslərə, idarə və müəssisə mənsublarına tapşırıqlar verilib. Onlara narahatlıq doğuran məsələlərin həllinə, sakinlərin qaldırdıqları problemlərin tezliklə aradan qaldırılmasına operativ yanaşılmasının vacib olduğu bildirilib.