Səyyar görüşlər mütəmadi keçirilir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün veb-saytında rayonun Xankəndi kəndində vətəndaşlarla səyyar qəbul-görüşümüzün keçirilməsi barədə məlumat yerləşdirib.

Məlumatda Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar qəbulların mütəmadi keçirildiyi bildirilir.

Oktyabr ayının 17-də İsmayıllı  rayonunun Xankəndi kəndində keçirilən qəbulda vətəndaş müraciətlərinin diqqətlə dinlənildiyi, araşdırma tələb edən müraciətlərin qeydiyyata alınması, eləcə də həlli üçün müvafiq tapşırıqlar verildiyi qeyd olunur.

Başçı bildirir ki, səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.

İsmayıllı xəbərləri”

 

 

 

Şərh Yaz