Sülh, halallıq və zəhmətə bağlılıq əsas amildir

İsmayıllı rayonunun İvanovka kəndində növbəti “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib.

400 nəfərin iştirak etdiyi məhsul bolluğu tədbirində kəndin ağsaqqalları qazanılan uğurlarda çəkilən zəhmətlə yanaşı ulu Yaradanın da mərhəməti olduğunu bildiriblər. Tədbiri  ölkənin müxtəlif bölgələrində yaşayan malakanların adət-ənənələrini yaşadan  qonaqlar daha da təmtəraqlı ediblər. Tədbirdə gənclərin iştirakı bu gün yaşananların davamlı olacağına əsaslı inam yaradır.

Halal zəhmətlə açılan, bolluq əks etdirən süfrələrin kənarında əyləşənlər ulu Yaradana dualar edib, növbəti məhsul ilində də ruzilərinin, becərdikləri məhsulların bol olmasını arzulayıblar.

Birlik və bolluq əks etdirən məclisdə müharibələr, şər qüvvələr pislənilib və firavan həyat üçün sülhün, halallığın və zəhmətə bağlılığın əsas amillər olduğu qeyd olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbir iştirakçılarına xoş arzularını çatdırıb. İvanovka kəndinin kənd təsərrüfatı işçilərinə yeni-yeni nailiyyətlər arzulayıb.

 

 

 

 

 

Şərh Yaz