Qarşıya qoyulan ümdə vəzifə
İsmayıllı Rayon İcra Hakimiyyətində tərtib olunmuş illik səyyar görüş-qəbullar cədvəlinə uyğun olaraq oktyabr ayında Soltankənd kəndində vətəndaşlarla görüş keçirilib. Görüş Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılıb. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Məsələlərdən bəzisi yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib. Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli onların böyük razılığına səbəb olub. Görüşdə əsas məqsəd də məhz əldə olunan nəticəyə istiqamətlənib. Əslində vətəndaş-dövlət münasibətlərinin yüksək səviyyə alması keçirilən qəbul-görüşlərdə qarşıya ümdə vəzifə kimi qoyulur.