4 Oktyabr – Cəbrayıl Şəhəri Günüdür

 

4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümüdür. Biz artıq hər il bu günü zəfərimizin başlanğıcı kimi qeyd edəcəyik.

Hər birimizə məlumdur ki, Azərbaycanın dünyaya səs salan ordusu 44 gün ərzində qəhrəmanlıq dastanı yazdı. Hər yeni günə keçdikcə ordumuzdan gələn qələbə xəbəri xalqımızı daha da ruhlandırdı.

Prezident İlham Əliyev 4 oktyabrda Cəbrayılda yaşayış kompleksinin açılışında iştirak edib. Bir daha ölkəmizin, ordumuzun şücaəti haqqında geniş çıxış etmişdir.

Cəbrayıl şəhərinin azad olunmasının çox böyük əhəmiyyəti var. Çünki 2-ci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş ilk şəhər idi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Şəhər azad olunandan dərhal sonra müvafiq tapşırıqlar verildi. Əlbəttə ki, ilk işimiz o əraziləri minadan təmizləmək idi. Çünki düşmən geri çəkilərkən ərazini minalamışdı.

Bu gün Cəbrayıl öz azadlığına qovuşub, yenidənqurma işləri aparılır. Yeni-yeni məktəblər açılır, parklar salınır,xəstəxanalar tikilir. Ən uğurlu işimiz isə Xankəndində fəaliyyət göstərən Universitetin açılışı oldu. Hansı ki, dünyaya səs salan bir universitet.

Bizim işimiz təkcə əhalini bura köçürmək deyil. Həm də həmin insanların məşğulluğunu düşünürük. Gələn il Cəbrayılda yeni müəssisə istifadəyə veriləcək. Burada minlərlə işçiyə ehtiyac olacaq. Biz bütün bunları etməklə bir daha dünyaya sübut edirik ki, bu torpaqların əsl sahibi kimdir.

Cəbrayıl işğaldan azad olunanda orda cəmi 2 salamat bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşirdi. Bəzi Qərb dövlətləri həqiqətlərə göz yumaraq görməməzlikdən gəlirlər. Bu 30 ildə bir dəfə də olsun Ermənistana sanksiya tətbiq olunmayıb. Həmişə Ermənistana havadarlıq ediblər. Amma sonu onlar üçün nəticəsiz qaldı.

Bütün bunlara baxmayaraq artıq Azərbaycan bütöv olub. Doğma torpaqlarımız öz sahibinə qayıdıb. Bu tarixlə hər bir Azərbaycan vətəndaşı qürur duyur.

Nuranə Behbudova,

İsmayıllı rayonu Topçu kənd tam orta məktəbin ibtidai sinif müəllimi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir