DİQQƏT!!!
Aqrar Subsidiya Şurası 2025-ci il üçün subsidiya əmsallarını açıqlayıb
Hörmətli fermerlər, 2025-ci ilin məhsulu üçün cari ilin payızında əkilmiş payızlıq əkinlərə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardımın məbləği Aqrar Subsidiya Şurası tərəfindən artırılmışdır. Eləcə də bir çox meyvə bağlarının salınmasına görə birdəfəlik əkin sbsidiyaları da müəyyən edilmişdir. Aqrar Subsidiya Şurasının böıgəmiz üçün xarakterik olan hissələrini İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi nəzərinizə çatdırır.
***
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2025-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri | Əkin əmsalı | Əkin subsidiyası (manat/ha) |
Qarğıdalı: | ||
əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla): | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,45 | 290 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,15 | 230 |
təkrar əkinlər | 0,6 | 120 |
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.): | ||
İşğaldan azad edilmiş ərazilər üzrə (qarğıdalı və darı da daxil olmaqla): | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 2,0 | 400 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,7 | 140 |
Digər ərazilər üzrə: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,45 | 290 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,15 | 230 |
Günəbaxan: | ||
əsas əkinlər: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,9 | 180 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,6 | 120 |
təkrar əkinlər | 0,6 | 120 |
Kartof: | ||
əsas əkinlər: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,8 | 360 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,5 | 300 |
təkrar əkinlər | 0,6 | 120 |
Tərəvəz: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,55 | 310 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,25 | 250 |
Bostan bitkiləri: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,4 | 280 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,1 | 220 |
Yonca: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,8 | 160 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,5 | 100 |
Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla): | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,95 | 190 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,65 | 130 |
Üzüm: |
||
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar | 40,0 | 8000 |
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar | 3,5 | 700 |
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar | 1,25 | 250 |
Meyvə: | ||
İntensiv meyvə bağları: | ||
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan intensiv meyvə bağları: | ||
dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları | 22,0 | 4400 |
nar bağları | 15,0 | 3000 |
zeytun bağları | 28,0 | 5600 |
limon və kinkan bağları | 58,0 | 11600 |
naringi və portağal bağları | 48,0 | 9600 |
şaftalı (nektarin) və ərik bağları | 20,0 | 4000 |
püstə bağları | 22,5 | 4500 |
armud bağları | 40,0 | 8000 |
alma bağları | 55,0 | 11000 |
gilas bağları | 50,0 | 10000 |
xurma (xirnik) bağları | 15,0 | 3000 |
badam bağları | 17,5 | 3500 |
qoz bağları | 16,5 | 3300 |
2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan digər intensiv bağlar | 4,0 | 800 |
2021-ci il sentyabrın 1-dən əvvəl salınan intensiv bağlar | 1,55 | 310 |
Digər meyvə bağları: | ||
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları | 4,0 | 800 |
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları | 1,55 | 310 |
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmamış meyvə bağları | 1,25 | 250 |
Giləmeyvə: | ||
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş bağlar: | ||
kivi bağları | 48,0 | 9600 |
moruq bağları | 16,0 | 3200 |
qarağat bağları | 16,0 | 3200 |
böyürtkən bağları | 16,0 | 3200 |
qaragilə (mavigilə) bağları | 75,0 | 15000 |
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları | 3,3 | 660 |
Yuxarıda qeyd edilən giləmeyvə bağları istisna olmaqla digər giləmeyvə sahələri: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr | 1,55 | 310 |
müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr | 1,25 | 250 |
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər | 5,0 | 1000 |
Aqrar Subsidiya Şurası yaşıl subsidiyalar təşəbbüslərini dəstəkləyir,
- Ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin, habelə 2024-cü il noyabrda Bakı şəhərində keçiriləcək BMT-nin İqlim dəyişiklikləri üzrə 29-cu Tərəflər konfransı (COP 29)-un çağırışları nəzərə alınaraq iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəkənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan 1 hektara minimum 1500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
- Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil ediləcəkdir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən yanacaq qiymətlərinin artımı ilə bağlı əkin subsidiyası artırılır,
- 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımının müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılmışdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində dəstək artaraq davam edir,
- İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
- alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
- əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
- Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək:
- İntensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;
- İntensiv nar bağlarının hər hektarına görə 3000 manat;
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:
- Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;
- Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi intensiv nar bağlarının hər hektarına görə 3000 manat;
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
- 2024-2025-ci il təsərrüfat ilində dəstəklənən bitkilər siyahısına nar, zeytun, fındıq, şabalıd, portağal, limon, kinkan, narıngi, şaftalı (nektarin), ərik, kivi, üzüm, çay, moruq bitkiləri ilə yanaşı, yeni bitkilər (qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən, qaragilə (mavigilə) də əlavə edilmişdir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
- Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda süfrə üzüm sortlarından və Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 8000 manat;
- Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarının hər hektarına görə 8000 manat əkin subsidiyası veriləcəkdir.
- Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında və Lerik rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarının hər hektarına görə 11000 manat əkin subsidiyası veriləcəkdir.
- Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 3300 manat əkin subsidiyası veriləcəkdir.
- Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) və çay plantasiyalarına görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
- Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasıda istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
- Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınan və 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan:
- intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
- şabalıd bağlarının hər hektarına görə 800 manat;
- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat;
- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 3300 tingin əkildiyi qarağat və böyürtkən bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
Aqrar Subsidiya Şurasının qərarına görə,
- Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Lerik, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası siyahısı genişlənir,
- Pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə 2025-ci ildə yalnız məhsul subsidiyası veriləcəkdir. Belə ki, bu ildə soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcəkdir. 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilmişdir. Məhsul subsidiyasının məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:
Bitki növləri | Məhsul əmsalı | Məhsul subsidiyası (manat/ton) |
Pambıq: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,05 | 210 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,975 | 195 |
Tütün: | ||
Virciniya sortu, yaş | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,18 | 36 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,17 | 34 |
digərləri: | ||
Quru | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 1,1 | 220 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 1,0 | 200 |
Yaş | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,11 | 22 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,1 | 20 |
Şəkər çuğunduru: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,095 | 19 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,09 | 18 |
Soya: | ||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri | 0,6 | 120 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri | 0,5 | 100 |
Qarğıdalı | 0,25 | 50 |
Günəbaxan | 0,25 | 50 |
Buğda | 0,5 | 100 |
- Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
- Qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssələrə təhvil verilən qarğıdalıya şamil edilsin, digər hallarda 0-a bərabər qəbul edilir.
- Buğda üzrə məhsul əmsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilsin, digər hallarda 0-a bərabər qəbul edilir.
Aqrar Subsidiya Şurası,
- 2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2025-ci ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tingləri ilə yanaşı, limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcəkdir.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.