Növbəti “Nümayəndə günü” keçirilib  

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, İƏD üzrə nümayəndələrin iştirakı ilə Rayon İcra Hakimiyyətində növbəti “Nümayəndə günü” keçirilib.

İclasın gündəliyində duran məsələlər – 27 Sentyabr – Anım Günü ilə əlaqədar yerlərdə təmizlik və abadlıq işlərinin aparılması, İƏD üzrə nümayəndəliklərin ərazilərində qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, ərazilərin sosial problemlərinin müəyyən edilməsi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrə vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi və mövcud problemlərin vaxtında aradan qaldırılması barədə tapşırıqlar verilib.

Şərh Yaz