Vəzifələr layiqincə yerinə yetirildikdə
Vətəndaşlarla növbəti səyyar qəbul-görüşümü rayonun Kəlfərəc kəndində keçirilib. Bu haqda məlumat İsmayıllı Rayon İcra Hakimiyyətinin daim yenilənən saytında yer alıb.
Məlumatda bildirilir ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirilir.
İsmayıllı rayonunun ucqar yaşayış məntəqələrindən olan Kəlfərəc kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Qaldırılan hər bir məsələnin həlli üçün müvafiq tapşırıqlar verilib.
Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün təxirə salınmadan tədbirlər görülür, müvafiq tapşırıqlar verilir. Bu işdə başlıca məqsəd vətəndaş-dövlət məmnunluğuna nail olmaqdır. Hər görüş-qəbulun sonunda vətəndaşların razılıq bildirməsi məhz qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsindən irəli gəlir.