Məsələlərin bir qismi yerindəcə həllini tapıb         

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində  rayonun Balik kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilməsi barədə məlumat yerləşdirib.

Məlumatda keçirilən qəbul-görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun aparılması vurğulanır. Başçı bildirir ki, Balik kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb həlli üçün müvafiq tapşırıqlar verilib.

Bir qayda olaraq, səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması diqqətdə saxlanılır.

Şərh Yaz