Məqsəd yaşayış şəraiti və rifahın yüksəldilməsidir
İsmayıllı Rayon İcra Hakimiyyəti nin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində rayonun Qalagah kənd sakinləri ilə səyyar qəbul keçirməsi barədə məlumat paylaşıb. Məlumatdan bəlli olur ki, başçı ölkədə və rayonda gedən diqqət çəkən işlərlə kənd sakinlərini tanış edib.
O, həmçinin bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulunu keçirməkdə məqsəd vətəndaşların yaşayış şəraiti və rifahının yüksəldilməsinə xidmət baxımından davam etdirilir.
Əksər qəbullarda olduğu kimi, Qalagah kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınmaqla həlli üçün müvafiq tapşırıqlar verilib.